Facebookun dilimizə gətirdiyi yeniliklər SİYAHI


Digərləri 22 Noy 2017 20:18:00 222 0

Facebookun dilimizə gətirdiyi yeniliklər  SİYAHI

Sosial şəbəkə elə fenomenal yerdir ki, burda kimin və ya nəyin məşhur olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Bəzən elə kiçik detal, elə bir lazımsız şəkil, boş bir söz dillərə düşüb yayılır ki, sadəcə heyrət edirsən. İlk baxışdan əhəmiyyətsiz görünən belə söz və ifadələr son illər bizim virtual məkanda da geniş yayılıb, zərb-məsələ çevriliblər.

Son.az lent.az-a istinadən onlardan bəzilərini təqdim edir:

Hacı başqadu, sən bilməzsən, Yavər - Həci adlı cavan oğlan əmisi oğlu Yavərə Hacı olmağın məziyyətləri barədə Vatsapda səs yazısı göndərir. Yavər başına döndüyüm də əmisi oğlunun zarafatını o qədər bəyənir ki, hamıya yayır, beləcə "Hacı başqadu" deyimi yaranır.

Həyatı vurdun bir-birinə, kimi tapdun sən - Bu qısa videoya vayn da demək olar: İçki məclisində orta yaşlı bir nəfər nəsə danışır, ancaq bilinmir, sağlıq deyir, yoxsa qəzəl. Bu zaman məclisdəkilərdən biri ona etiraz olaraq yüngülcə toxunur, sağlıq deyənin qədəhi üstünə dağılır... İçki məclislərində belə çərənçilərdən az görməmişik!

İki kəlmə söz deyirsən, sora soxub gedirsən - Polis bölməsi. Dostunu bıçaqlayan, tipik quşbaz qaqaş. Jurnalist israr edir ki, törətdiyi cinayəti bir daha danışsın. Eyni şeyi dəfələrlə danışmaqdan bezən oğlan da jurnalistə acıqlanır: bu axırıncısıdır! Sonra başlayır danışmağa. İmkanı olsa jurnalisti də bıçaqlayar. Deyilənə görə həmin qaqaş həbsxanada dünyasını dəyişib. Kədərlidir.  

Diqqətli ol, hörmətli ol - Bu ifadə də göründüyü qədər gülməli deyil: Avtobusu istədiyi yerdə saxlamadığı üçün şoferə silah çəkən sərnişin etiraz edənlərə eynən bu cür deyirmiş.