Nur Yerlitaş bu sözlərinə görə topa tutuldu


Digərləri 22 Noy 2017 19:59:00 282 0

Nur Yerlitaş bu sözlərinə görə topa tutuldu

Məşhur modelyer Nur Yerlitaş canlı yayımda söylədiyi sözlərə görə sosial şəbəkə istifadəçiləri tərəfindən topa tutulub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Neslihan adlı rəfiqəsinin ad gününə qatılan modelyer canlı yayımda müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı "Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir" deyib. 

Bu isə sosial şəbəkədə böyük qalmaqala səbəb olub. İstifadəçilər modelyerə "Sizə yaraşmadı, ar olsun", "Ekranda sevimli görünən üzün maska imiş", "Onlar olmasa, siz o masada otura bilərsiniz?", "Özünüz də, sözünüz də çox çirkindir" yazıblar.