Maliyyə Naziri: Neft gəlirləri ehtiyatda saxlanılmalıdır


Digərləri 22 Noy 2017 20:05:00 252 0

Maliyyə Naziri: Neft gəlirləri ehtiyatda saxlanılmalıdır

Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"Bəzi xərclərin artırılmasına ola bilsin ki, ehtiyac var. Ancaq Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur".

Nazir həmçinin millət vəkillərinin Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlərinə də münasibət bildirib.