İranlı rəssamdan ənənəvilik və müasirlik


Digərləri 22 Noy 2017 20:06:03 244 0

İranlı rəssamdan ənənəvilik və müasirlik

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda İranın görkəmli rəssamı ustad Mahmud Fərşçiyanın fərdi sərgisinin açılışı olub.

Bakı. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda İranın görkəmli rəssamı ustad Mahmud Fərşçiyanın fərdi sərgisinin açılışı olub. Trend-in məlumatına görə, miniatür janrında 30 əsərin sərgiləndiyi ustad Fərşçiyanın "Ənənəvilik və Müasirlik” adlı sərgisi Naxçıvanın mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılıb. İlk olaraq Rəssamlar Birliyinin müavini Nizami Alıyev çıxış edərək Ustad Fərşçiyan və əsərləri barədə məlumat verib. Daha sonra İranın Naxçıvandakı Baş Konsulu Mansour Airom naxçıvanlı sənətsevərlərə təşəkkür edərək, ustad barədə və incəsənətin İslam ölkələrini o cümlədən İran, Azərbaycan və Türkiyəni birləşdirən rolundan danışıb. Daha sonra Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad Təşkilatının Baş Direktoru Doktor Məhəmməd Məhəmmədpur çıxış edərək Ustad Fərşçiyanın İran və dünyadakı əhəmiyyətli məqamından, 2018-ci ilin Təbriz şəhərinin İslam Turizm Paytaxtı və Naxçıvan şəhərinin İslam Mədəniyyət Paytaxtı çərçivəsində buna bənzər sərgilərin Təbrizdə və Naxçıvanda təşkilinə dair təklif verib. Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin Baş Direktoru Doktor Məhəmməd Məhəmmədpur, Xarici İşlər Nazirliyinin Təbriz idarəsinin rəisi İsmayıl Babayi Rağib, Naxçıvanlı incəsənət xadimləri, bu sahədə təhsil alan çoxlu sayda tələbə tədbirdə iştirak edib. Sərgi noyabrın 27-dək davam edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin