Vladimir Putin Suriya məsələsi ilə bağlı yeni təklif verib


Dünya 22 Noy 2017 18:56:56 274 0

Vladimir Putin Suriya məsələsi ilə bağlı yeni təklif verib

"Suriyanın bərpasına dair kompleks proqramın işlənib hazırlanması haqqında birlikdə düşünmək olar"

Rusiya prezidenti Vladimir Putin Türkiyə və İranın dövlət başçılarına Suriya məsələsi ilə bağlı yeni təklif irəli sürüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Dağıntıların miqyası olduqca böyük olduğundan, Suriyada quruculuq-bərpa işlərinə dair kompleks proqramın işlənib hazılranması haqqında birlikdə düşünmək olar", - V.Putin Soçidə Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdə qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və İran rəhbərləri ilə qəbul edilən birgə qərarlardan sonra yüz minlərlə qaçqın artıq doğma ocaqlarına qayıdır.