BakıAstara dəmir yolu köçürüləcək? Nazir AÇIQLADI


Digərləri 22 Noy 2017 18:51:00 257 0

BakıAstara dəmir yolu köçürüləcək?  Nazir AÇIQLADI

"Azərbaycan hökuməti Bakı-Astara dəmir yolunun köçürülməsi üzrə hazırlıq işləri aparır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üçün dövlət büdcəsinin müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir deyib ki, söhbət dəmir yolunun Lənkəran və Astaradan keçən hissəsindən gedir: "Bakı-Astara dəmir yolunun köçürülməsi məsələsi ilə hazırda "Azərbaycan Dəmir Yolları" QSC məşğul olur".

Qeyd edək ki, bu gün Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsi təklifi ilə çıxış edib.