"Anama görə üzülürəm" Elməddin Cəfərov


Digərləri 22 Noy 2017 19:00:00 289 0

"Anama görə üzülürəm"  Elməddin Cəfərov

"Tələbəlik illərində teatrda çalışmışam. Universitetdən sonra tetartda çalışmamışam. Orada nə baş verirsə, yaxşı da, pisi də mənə aid deyil".   Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Səhər-səhər" verilişində deyib. 

O, Şeyx Əbdül Mahmudovun onun ünvanına dediyi "Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan filmini, teatrını xilas etmək lazımdır. Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin" sözlərinə münasibət bildirib:

"Komersiya məqsədli filmlərdə çəkilirəm. İranda, Türkiyədə filmlərdə rol almışam. Mən festival filmlərində çəkilmirəm. İtaliyadan təklif gəlib, filmə çəkilmişəm. Bu o deməkdi Azərbaycan kinosuna ziyan vururam? Deyirlər, Azərbaycanda film və teatrın inkişafını dayandırmışam. Mən kiməm?