Yanvarın 1-dən qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq


Digərləri 22 Noy 2017 18:50:00 276 1

Yanvarın 1-dən qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qızılgül və qönçələrlə bağlı tətbiq ediləcək yeni gömrük idxal rüsumları məlum olub.

Bakı. 2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək. Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib. Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin