Putin: "Rusiya, İran və Türkiyə sayəsində Suriyanın parçalanmasının qarşısını alındı"


Dünya 22 Noy 2017 18:42:00 271 0

Putin: "Rusiya, İran və Türkiyə sayəsində Suriyanın parçalanmasının qarşısını alındı"

"Rusiya, İran və Türkiyənin səyləri sayəsində Suriyanın parçalanmasının qarşısını almaq mümkün oldu".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu RF Prezidenti Vladimir Putin Soçidə Rusiya, Türkiyə və İran dövlət başçılarının üçtərəfli görüşünü açıq elan edərkən deyib.

V.Putin qeyd edib ki, terrorçulara qarşı irimiqyaslı hərbi əməliyyatlar başa çatır: "Beynəlxalq terrorçuların Suriyanı ələ keçirməsinə, humanitar fəlakətə imkan verilmədi".