"Beşiktaş"ın prezidenti: "Bizə qeyri-ciddi yanaşmaq olmaz"


İdman 22 Noy 2017 18:07:00 317 0

"Beşiktaş"ın prezidenti: "Bizə qeyri-ciddi yanaşmaq olmaz"

Çempionlar Liqasında qrup mərhələsinin başa çatmasına 1 tur qalmış "Beşiktaş" pley-offa vəsiqəsini təmin edib. Keçirdiyi 5 oyunda uduzmayan Türkiyə çempionu Avrokuboklarda çıxışına görə 50 milyon avro qazanıb. Goal.az xəbər verir ki, "qara qartallar"ın prezidenti Fikret Orman bu oyundan sonra "BeIN Sports"a açıqlama verib.

"Real Madrid"lə düşməsək, yaxşı olar. Püşkatmada 2-ci səbətdən rəqib çıxarılacaq. Orda da güclü klublar yer alacaq. Belə oynamaqda davam etsək, istənilən rəqibə problem yarada bilərik. Bizə qeyri-ciddi yanaşmaq olmaz. Beşiktaş" ailəsi mənə xoşbəxtlik bəxş edir. Vensan Abubakar da, Marselo Quedeş də, Andreas Bek də burda xoşbəxt idi. Onlardan mesajlar gəlir, klub üçün darıxırlar. "Medipol Başakşehir"ə nəzakətinə görə təşəkkür edirəm. Türkiyə Superliqasında rəqbətin səviyyəsini artırırlar. Bir tərəfdən də bunu aşağı çəkməyə çalışanlar var. Prezident olandan sonra "Beşiktaş"ı dünya klubu görmək istəyirəm" - dedim. Dünyanın hər yerində azarkeşi olan bir klub yaratmaq istəyirik. Dünən Azərbaycanda bunun bir nümunəsini gördük. Malayziyada, Yaxın Şərqdə də bənzər hallar olur. Həmişə deyirəm, Avropada bir kubok qazanmaq istəyirəm. Ardıcıl 3-cü Türkiyə çempionluğu da bizim üçün qürurverici oalrdı. Maliyyə baxımından pis yox, ümidsiz bir dövrdə "Beşiktaş" prezidenti oldum. Digər aspektlərdən də aşınan, mediada özünə yer tapa bilməyən bir klub təhvil aldım. Yoldaşlarımla bərabər bu yükün altına girdim.

Çempionlar Liqasında 1/8 finala çıxdıq. Növbəti mərhələ, hətta finala vəsiqə də ehtimallar arasındadır. "Beşiktaş" futbolçularının izlənməsi, təkliflər alması normaldır. Demək ki, yaxşı futbolçulara sahibik. Onlarla fəxr edirəm. Oğuzhan Özyakup bu komandanın kapitanıdır. Bizim oyun qurucumuzdur, heç yerə getmir. Onunla münasibətimiz çox üst səviyyədədir. Bir oyunçu gedirsə, biz onu istəmədiyimiz üçün gedir.

Vida transferi? Qışda transferin reallaşması müşkül görünür. Onsuz da heyətimiz zəngindir. Atınç Nukan və Gökhan Töre də qayıdacaq. Müdafiə xətti də daxil olmaqla hər mövqedə yaxşı alternativlərimiz var. Vidanın müqavilə şərtlərini açıqlamaq istəmirəm. Onun adı La Liqa və Premyer Liqa klubları ilə də hallanır. Amma "Beşiktaş" həmin komandalardan heç də geri qalmır. "Porto" ilə oyundan sonra rəqibin baş məşqçisi büdcəmizin onlardan çox olduğunu söylədi. Haqlıdır, büdcə baxımından da böyük klubuq".