""Şərq tərəfdaşlığı" sammiti AİAzərbaycan münasibətlərinə yeni dinamika əlavə edəcək"


Siyasət 22 Noy 2017 17:51:00 227 0

""Şərq tərəfdaşlığı" sammiti AİAzərbaycan münasibətlərinə yeni dinamika əlavə edəcək"

"Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərə yeni dinamika əlavə edəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han deyib.

O qeyd edib ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan iki qitə arasında vacib körpü rolunu oynaya bilər.

Bu kontekstdə o, qısa müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulayıb: "Mən bir neçə həftə əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının şahidi olmaqdan məmnun oldum. Bu dəmir yolu ölkələr arasında daha yaxşı əlaqələrin, biznes üçün yeni imkanların təmin olunması, eləcə də Aİ ilə Asiya arasında ticarətin genişlənməsi üçün potensiala sahibdir".

Y.Han qeyd edib ki, Azərbaycan həm də Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır və "Cənub Qaz Dəhlizi"nin tikintisi layihəsi bunun ən yaxşı nümunəsidir.

O həmçinin əlavə edib ki, Aİ Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək səylərini dəstəkləyir.

Onun sözlərinə görə, qarşıdan gələn sammit Avropa İttifaqının və tərəfdaş ölkələrin əməkdaşlığa sıx bağlılığını nümayiş etdirəcək və bir daha bu təşəbbüsün tərəfdaş ölkələrin vətəndaşlarının rifahı üçün səmərəli nəticələr verəcəyini sübut edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində