"Ailələrin dağılma səbəbləri sosial şəbəkələrdir" Əməkdar artist VİDEO FOTO


Şou-biznes 22 Noy 2017 18:00:00 277 0

"Ailələrin dağılma səbəbləri sosial şəbəkələrdir"  Əməkdar artist  VİDEO  FOTO

"Xanımlar kiminləsə danışır və evdən çıxır"

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" proqramının qonağı Əməkdar artist Elnarə Abdullayev olub.

Əməkdar artist sosial şəbəkələrdən istifadə etmədiyini açıqlayıb:

"Sosial şəbəkədə heçnə paylaşa bilmirəm. Bizə Allah paltaryuyan yaratdı ki, xanımlar rahat olsun. 20 il bundan əvvəl telefonlar çıxanda dedim ki, indi baxarsız, telefonlar o qədər evlər dağıdacaq. Dedilər ki, sən 16-cı əsrdən gəlmisən. Sonra xəbərlərdə dedilər ki, ailələrin ayrılma səbəbinin çoxu sosial şəbəkələrdir. Bəli, bu gün belədir. Xanımlar kiminləsə danışır və evdən çıxır. Allah bu telefonu başqa səbəbə göndərib. Mənə sərf etmir istifadə etmirəm. Hamının öz işidir".


Xəbərə aid fotolar