Nigeriyalı futbolçu 20 illik karyerasını başa vurdu


İdman 22 Noy 2017 17:43:00 237 0

Nigeriyalı futbolçu 20 illik karyerasını başa vurdu

Nigeriya millisinin sabiq futbolçusu Yakubu Ayeqbeni 34 yaşında karyerasını nöqtələyib. Goal.az xəbər verir ki, təcrübəli hücumçu bu barədə "Sky Sport" kanalına açıqlamasında deyib.

"Peşəkar futboldan gedişimi rəsmən elan etmək istərdim. Allaha karyerama görə təşəkkür edirəm. Unudulmaz illərə görə Nigeriya Futbol Federasiyası və həmvətənlərimə minnətdaram. Formasını geyindiyim klublara da uğurlar arzulayıram. Hesab edirəm ki, artıq həyatımın növbəti səhifəsinə diqqət yetirməyin tam vaxtıdır" - Yakubu deyib.

O, karyerası ərzində "Gil Vicente", "Maccabi Haifa", "Portsmouth", "Middlesbrough", "Everton", "Leicester City", "Blackburn Rovers", "Guangzhou Fuli", "Reading", "Kayserispor" və "Coventry City" klublarının şərəfini qoruyub. Nigeriya millisində 57 oyun keçirən futbolçu 21 qol vurub.