Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq FOTO


Şou-biznes 22 Noy 2017 17:16:00 306 0

Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq  FOTO

Reper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.

Son.az xəbər verir ki, reperin keçmiş xanımı Anjelika Axşam.az-a məsələnin təfərrüatlarını danışıb.

O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxlayıb: "Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq etsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm".

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib: "Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada yaşadıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı yaşayırdı, boşandı, bizim yanımıza köçdü. Yenə də dava, söz-söhbət başladı. Qayınanam da mənimlə mübahisə edirdi.

Yenə ev satıldı, Anar dedi ki, ana-atamdan ayrılmıram, istəyirsən, sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum ona, getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Ev tikilməsi üçün Masazırda torpaq götürüldü. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada yaşadı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qayınatamın yanında qaldım. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəyəm".


Xəbərə aid fotolar