"Qarabağ"ın gəncləri sürpriz edə bilmədi


İdman 22 Noy 2017 17:05:00 276 0

"Qarabağ"ın gəncləri sürpriz edə bilmədi

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.  Rəşad Sadıqovun yetirmələri doğma meydanda “Chelsea”dən olan həmyaşıdları ilə qarşılaşıb. Goal.az xəbər verir ki, ötən tur səfərdə gözlənilmədən “Atletico”nu məğlub edən (1:0) "Qarabağ"ın əvəzediciəri bu dəfə sürpriz edə bilməyib. Oyunda ilk qol "zadəganlar"ın qapısıan vurulsa da, rəqib özündə güc taparaq 3 qol vurub. 


UEFA Gənclər Liqası, 5-ci tur

22 noyabr

C qrupu

15:00 Qarabağ (Azərbaycan) - Chelsea (İngiltərə)  - 1:3

Qollar: Yaroslav Deda, 49 - Martell Teylor-Krossdeyl, 61 (pen.), Çarli Broun, 70, Corc Makiçran, 76

Baş hakim: Alper Ulusoy 

Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə) 

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan) 

Bakı. “Azərsun Arena”