“Gazprom” Azərbaycana qaz nəqlini bərpa edir


İqtisadiyyat 22 Noy 2017 16:52:04 230 0

“Gazprom” Azərbaycana qaz nəqlini bərpa edir

Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqıli nəzərdə tutulur

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Gazprom export” şirkəti Azərbaycana təbii qazın nəqlinin bərpa olunması barədə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə Rusiya şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müqavilə ötən gün Moskvada imzalanıb. Qaz nəqlinin başlanması tarixi isə bu gündür. Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqli nəzərdə tutulur.