Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi


Digərləri 22 Noy 2017 16:40:00 270 0

Lənkəranda yanacaqdoldurma məntəqəsində xəsarət alanlar ağır vəziyyətdə Bakıya gətirildi

Noyabrın 21-də Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində xəsarət alan 2 nəfər Bakıya gətirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkim bildirib ki, rayonun Separadi kənd sakinləri - Əbülfəz Məmmədov və Çingiz Allahverdiyev ağır yanıq xəsarətləri ilə mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər: "Əbülfəz Məmmədovun bədəninin 40 faizi, Çingiz Allahverdiyevin isə bədəninin 70 faizi yanıb. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir".

Qeyd edək ki, noyabrın 21-də gündüz saatlarında Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Yanğın nəticəsində orada operator işləyən 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu yanıq xəsarətləri alıb.