Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı


Digərləri 22 Noy 2017 16:35:00 248 0

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Süleymanova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduqluz, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilib.