Bakıdakı dəhşətli qəzanın görüntüləri: yaralılar yerə səpələnib VİDEO


Digərləri 22 Noy 2017 16:26:00 241 0

Bakıdakı dəhşətli qəzanın görüntüləri: yaralılar yerə səpələnib  VİDEO

Bakının Qaradağ rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb. 

Son.az xəbər verir ki, hadisə şahidlərinin baku.ws-yə göndərdiyi videoda görünür ki, qəza nəticəsində yaralanan şəxslərə ətrafdakı insanlar ilkin yardım edirlər. 

Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib. 

Qəza nəticəsində xəsarət alanların siyahısı: 

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov  1964-cü il təvəllüdlü Rəhim Səlimov  1966-cı il təvəllüdlü Ulduz Sultanova  1970-ci il təvəllüdlü Xuraman Məmmədova  1975-ci il təvəllüdlü Ağayev İlqar  1980-ci il təvəllüdlü Ramiz Məmmədov  1982-ci il təvəllüdlü Aytəkin Məmmədova  1982-ci il təvəllüdlü Vadim Mütəllibov  1983-cü il təvəllüdlü Atayev Elnur  1996-cı il təvəllüdlü Tapdıq İsmayılov