Marselo: "Bu oyunla kimlərinsə ağzını yummaq niyyətimiz yoxdur"


İdman 22 Noy 2017 16:30:00 288 0

Marselo: "Bu oyunla kimlərinsə ağzını yummaq niyyətimiz yoxdur"

"Real Madrid" Çempionlar Liqasının qrup mərhələsində APOEL-i 6:0 hesabıyla darmadağın edib. Goal.az xəbər verir ki, oyunda sonra Madrid klubunun müdafiəçisi Marselo qələbə təəssüratlarını bölüşüb.

"Mən həmişə xoşbəxtəm. APOEL üzərindəki qələbədən daha çox həzz aldım. Xeyli qol imkanları yaradıb əldən verdiyimiz özünəinamı geri qaytardıq. Qol buraxmadıq, oyuna nəzarət edirdik. Bu oyunla kimlərinsə ağzını yummaq niyyətimiz yoxdur. Bilirik ki, bəzi insanlar hesabına uğur qazanılan şeyləri aradan aparmaq istəyir. "Real" azarkeşlərini razı salmağa çalışırıq. Qeyri-adi nəsə etməklə insanlara sevinc bəxş etməliyik. "Atletico" ilə oyunun nəticəsi istədiyimiz kimi olmadı. APOEL-lə oyunda işlərin qaydasında getməsi yaxşı oldu. Bu, həmçinin Benzema və Ronaldonun fərqlənməsinə də aiddir".