Elmir Vəlizadə: "Azərbaycan İslam əməkdaşlığına öz töhfəsini verir"


Siyasət 22 Noy 2017 15:51:00 280 0

Elmir Vəlizadə: "Azərbaycan İslam əməkdaşlığına öz töhfəsini verir"

"Sabah Bakıda İƏT-in Əmək Mərkəzinin açılması ilə bağlı qərar veriləcək"

"Azərbaycan bu gün malik olduğu nəqliyyat infrastrukturu ilə həm qərb və şərq, həm də şimal və cənub arasında əhəmiyyətli rol oynayır". 

Bunu "Report"un Türkiyə bürosuna Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. 

Onun sözlərinə görə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərkibində çox fəal iştirak edir və İslam əməkdaşlığına öz töhfəsini verir: "Bu günlərdə Bakıda Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars layihəsinin açılışı oldu. Eyni zamanda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında "Tranzit Ticarət və Nəqliyyat üzrə Əməkdaşlıq haqqında Saziş" (Lapis-Lazuli marşrutu) imzalandı. Bu layihə Əfqanıstandan başlayaraq Azərbaycandan da keçməklə yenə Asyanın Avropaya qovuşmasında körpüyə çevriləcək".

Nazir müavini Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü iclasının nazirlər toplantısında söz sahibi ölkə olduğunu da vurğulayıb: "Bu görüş beynəlxalq nəqliyyat dəhlizlərinin iqtisadi effektivliyi mövzusuna həsr edilib. Biz də Azərbaycanın regional nəqliyyat dəhlizlərini inkişafında oynadığ rol, ölkəmizin həyata keçirdiyi və beynəlxalq əhəmiyyətli layihlər haqqında məlumatlar verdik". 

E.Vəlizadə həmçinin toplantıda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da iştirak edəcəyini deyib: "Sabah Bakıda İƏT-in Əmək Mərkəzinin açılması ilə bağlı qərar veriləcək". 

Vüsalə Abbasova