7 nəfəri öldürüb "ölüm bağı" yaratdı,


Digərləri 22 Noy 2017 15:13:00 306 0

7 nəfəri öldürüb "ölüm bağı" yaratdı,

ABŞ-da 5 qadını və bir kişini xüsusi amansızlıqla qətlə yetirmiş şəxsin məhkəməsi başa çatıb.

Son.az cnn-ə istinadən bildirir ki, ABŞ-ın Konnektikut ştatındakı Nyu Briteyn şəhərciyinin sakini, 47 yaşlı Uilyam Devin Houell 6 ömürlük həbs cəzası və ya 360 il həbs alıb.

Əslən Virciniya ştatındakı Hempton şəhərindən olan manyak qurbanlarını köhnə, "ölüm maşını" adlandırdığı maşını ilə axtarırdı.

Öldürdüyü adamları da Nyu Briteyn şəhərində, 539 Hartford Road ünvandakı ticarət mərkəzinin arxasındakı meşəlikdə basdırırdı.

Manyak cəsədləri basdırdığı yeri "ölüm bağı" adlandırırdı.

Polis seriyalı qatilin məhz U.Houell olduğunu müəyyənləşdirəndə o, 7-ci qurbanı Nilsa Arismendini qətlə yetirdiyinə görə 15 il həbs cəzası almışdı və həbsxanada idi.

Arismendi 2003-cü ilin iyul ayında Uetersfild şəhərindəki marketin qarşısındakı dayanacaqda yoxa çıxmışdı.


Xəbərə aid fotolar