"Məndən soruşdu ki, sən Lotu Qulinin nəyisən?"


Kriminal 22 Noy 2017 15:17:00 272 0

"Məndən soruşdu ki, sən Lotu Qulinin nəyisən?"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazov özü ifadə verib. O deyib ki, saxlanılmadan öncə aldadılaraq evdən çölə çıxarılıb: "Evinin qapısını bir eynəkli adamın döydü və məndən maşınımı çəkməyimi istədi. Uşağımla çölə çıxanda polislər əllərimi bağladı, sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar. Orada rəhbər şəxslərdən biri məndən soruşdu ki, "sən "Lotu Quli"nin nəyisən?". Mən də qohumum olduğunu dedim. Sonra stolun üzərinə vərəq qoyub dedilər onun haqda nə var danış. Mən dedim "Lotu Quli" 22 ildir həbsdədir, mən başqa heç nə bilmirəm. Sonra həmin şəxs narkotik gətirib məni onla ittiham edəcəyini dedi".

Proses noyabrın 29-da davam etdiriləcək.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.