Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… –


Digərləri 22 Noy 2017 15:02:00 282 0

Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… –

Sumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib

Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib.

Son.az xəbər verir ki, bizimyol.info-ya müraciət edən A.H bildirib ki, hadisə də bundan sonra baş verib. Qadın iddia edib ki, hərbçi yaşadığı evdə ona cinsi təcavüz edib.

"Biz onunla avqustun sonunda internet vasitəsi ilə tanış olub, ilk dəfə sentyabrın 18-də Bakıda görüşdük. Sonra məni Sumqayıta dəvət etdi. Məni Sumqayıtla tanış etdi. Şirin söhbət etdikdən sonra mən Bakıya qayıtdım. İlk görüşümüzdə o, ünsiyyəti və davranışı ilə mənim etibarımı qazandı. Oktyabrın 9-da isə Sumqayıtda yenidən görüşdük. Evinə dəvət etdi. Sonra mənə dedi ki, qal sabah səni yola salacam. Həmin gecəni onlarda qaldım. O, mən istəmədən mənimlə cinsi əlaqədə oldu. Sonra mənə şirin vədlər verdi. Hər şey yaxşı olacaq dedi. Sən demə, bunun hamısı şikayət etməməyim üçün imiş", - deyə O.Ə bildirib.

Qadın deyib ki, hadisədən iki gündən sonra A.H ilə əlaqə salxaya bilməyib: "O, artıq mobil telefon nömrəsini dəyişmişdi. Oktaybrın 24-də mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişəm. Məni Sumqayıt şəhər 1-ci Polis Bölməsinə yönləndirdilər. A.H mənimlə əlaqə saxlayıb görüşdü. Mənə vəd verdi ki, aramızda nikah bağlayacaq. Həbçi olduğuna və həbs olunmamasına görə polisdən şikayətimi geri götürdüm. Məni yenidən evinə apardı. Bir neçə gün məni orada saxladı. Sonra bizi hərbi prokurorluğa çağırdılar. A.H ilə birlikdə ora gedib şikayətimi geri götürdüm. Bir müddət sonra isə onunla əlaqəni itirdim. O, yenə mobil telefon nömrəsini dəyişdi. Mən A.H-dan 1 aylıq hamiləyəm".