Azərbaycanda bəzi yaşayış məntəqələrində radon qazı normadan artıqdır


Digərləri 22 Noy 2017 15:04:00 287 0

Azərbaycanda bəzi yaşayış məntəqələrində radon qazı normadan artıqdır

Radon qazı əsasən ölkənin dağlıq ərazilərindəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) məlumat verilib.

İnstitutdan bildirilib ki, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir. Radon qazı ağçiyər xərcəngi xəstəliyinin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir.