Deputatlar hansı benzindən istifadə edir? SORĞU


Digərləri 22 Noy 2017 15:08:00 355 0

Deputatlar hansı benzindən istifadə edir?  SORĞU

Azərbaycanda "Aİ-95" ("Premium") və "Ai-98" ("Super") markalı benzin bahalaşdı.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0, 20 manat artaraq, 1,25 və 1,50 manata çatıb. Maraqlıdır, bəs, görəsən, Azərbaycanda deputatlar şəxsi avtomobilləri üçün hansı markalı benzindən istifadə edirlər?

Son.az xəbər verir ki, yenicag.az bu suala cavab tapmaq məqsədilə bəzi deputatlara müraciət edib.

Deputat Aqil Abbas isə "Aİ-92" markalı benzindən istifadə etdiyini söyləyib.

Musa Qasımlı isə "Aİ-92"və "Aİ-95" ("Premium") markalı benzindən istifadə etdiyini qeyd edib. O, ara-sıra metrodan da istifadə etdiyini vurğulayıb:

"Sonuncu dəfə bir həftə əvvəl ictimai nəqliyyatdan istifadə etmişəm. Amma harasa gedəndə, şəxsi avtomobilə üstünlük verirəm".