Azərbaycan Vin Çun üzrə beynəlxalq seminarda layiqincə təmsil olunub


İdman 22 Noy 2017 14:13:00 311 0

Azərbaycan Vin Çun üzrə beynəlxalq seminarda layiqincə təmsil olunub

18-19 noyabrda Türkiyənin Antalya şəhərində Vin Çun döyüş sənəti üzrə Beynəlxalq seminar təşkil olunub. Goal.az-ın məlumatına görə bu seminarda Azərbaycan Vin Çun Döyüş Sənəti İdman klubunun 3 idmançısı və baş məşqçi Asif Sayadovla təmsil olunub. Bu tədbir Beynəlxalq Vin Çun Assosasiyasnın Prezidenti, Böyük Usta Samuel Kvok və Türkiyə Vin Çun akademiyasının rəhbəri Murat Kaplan tərəfindən təşkil edilib. İki gün davam edən seminara müxtəlif ölkələrdən nümayəndələr qatılıb.

"Seminarda Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq. Yeni texnikalar öyrəndik və imtahan verdik. Böyük Usta Samuel Kvok bizim hazırlıq səviyyəmiz, bacarıqlarımızdan çox razı qaldı. Təsadüfi deyil ki, Beynəlxalq Vin Çun Assosasiyasının prezidenti Samuel Kvokun şəxsi möhürünü mənə təqdim olundu. Beləliklə, bu döyüş sənəti üzrə Dünya və Avropa çempionatlarını Azərbaycanda keçirmək, imtahan götürmək səlahiyyətini qazandım. Növbəti Beynəlxalq seminar aprel ayında Bakıda təşkil olunacaq. Bu münasibətlə Samuel Kvokun Azərbaycana gəlişi planlaşdırılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunacaq seminara bir sıra üst səviyyəli məşqçi və ustaları dəvət edək" - Azərbaycan Vin Çun idman klubunun rəhbəri Asif Sayadov deyib.