Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya və Vladimir Putin həll edə bilər”


Siyasət 22 Noy 2017 14:40:10 933 0

Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya və Vladimir Putin həll edə bilər”

Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsini Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə müzakirə etmək niyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsini Soçidə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, bu gün Soçidə Suriya məsələsi ilə bağlı keçiriləcək üçtərəfli görüşdə fürsət düşsə, Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirəcək: “Soçiyə ötən dəfəki səfərim zamanı Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etmişdik. Putin bu məsələdə əlindən gələni edəcəyini söyləmişdi. Mən Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılması məsələsində həssas olmalarını və münaqişənin müddətinin 30 ilə doğru getdiyini dedim. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır, cənab Putindir. O, mənə məsələ ilə bağlı “həssaslığınızı başa düşürəm” demişdi. Bu gün yenə üçtərəfli görüşdə fürsət düşən kimi məsələni gündəliyə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdi. Bunudiqqətdən kənarda qoymağacağıq”,