Həkimlərə tüpürdü, iynə vurdu, öldü FOTO


Digərləri 22 Noy 2017 14:59:00 282 0

Həkimlərə tüpürdü, iynə vurdu, öldü  FOTO

"Dream Boy" ləqəbli bodibilder Gent Ueykfildin cəsədi İngiltərənin Staffordşir qraflığındakı Tanstoll şəhərindəki mənzilində tapılanda o, artıq üç gündü ki, ölmüşdü.

Son.az The Mirror-a istinadən bildirir ki, Gentin qohumlarının dediklərinə görə, daha effektiv məşqlər üçün o, insulin inyeksiyalarından istifadə etdiyindən ölümün səbəbinin də insulin olduğu güman edilir.

Gent ABŞ-da restler kimi çıxış etməyi arzulayırdı. Lakin məşqlərdən birində onun bitseps əzələsi dartılıb. Həkimlərin səhv diaqnozu ucbatından Gentin travması bərpa olunmayıb və restlinq döyüşlərini təşkil edən WWE "Dream Boy"la müqavilə imzalamayıb.

Bu səbəbdən 2012-ci ildə Gent həkimləri məhkəməyə vermiş, böyük məbləğdə təzminat almışdı.

O, ruhdan düşməmişdi və məşqlərini davam etdirirdi.

Bitsepsini bərpa etmək üçün Gent stereoidlər və insulindən istifadə edirdi.

Problemlər ötən ilin noyabrında başlanmışdı.


Xəbərə aid fotolar