Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək


Siyasət 22 Noy 2017 14:32:00 270 0

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycana səfərə gələcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində