Azərbaycan Prezidenti NATO-nun iclasında iştirak edəcək
Siyasət 22 Noy 2017 13:58:37 246 0
Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqla görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev Belçikaya səfər edəcək.Son.az-ın "report"-a istinadən verdiyi xəbərə görə, noyabrın 23-də Brüsseldə NATO-nun mənzil qərargahında Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Dövlət başçısı həmçinin Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.
Mənbə: report.az