Dünya çempionatına vəsiqə qazandırıb istefa verdi


İdman 22 Noy 2017 13:16:00 243 0

Dünya çempionatına vəsiqə qazandırıb istefa verdi

Futbol üzrə Avstraliya yığma komandasının baş məşqçisi Anqelos Postekoqlu vəzifəsindən istefa verib.

Goal.az  xəbər verir ki, bu barədə 52 yaşlı mütəxəssis Sidneydə keçirilən mətbuat konfransında məlumat verib. Postekoqlu yığmaya 2013-cü ilin oktyabrında baş məşqçi təyin olunub.

Avstraliya millisi onun rəhbərliyi altında Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatına vəsiqə qazanıb. Komanda "play-off" matçında Hondurası mübarizədən kənarlaşdırıb.