Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib


Digərləri 22 Noy 2017 13:00:52 148 0

Milli Məclisin komitə sədri həkimlərin maaşının artırılmasını təklif edib

“Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”

“Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: “Bunu stabil saxlasaq və ya azaltsaq, problemlər olacaq”. Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: “Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.