Buxarestdə “Xəzər-Qara dəniz Forumu-2017” keçirilir


İqtisadiyyat 22 Noy 2017 12:21:38 216 0

Buxarestdə “Xəzər-Qara dəniz Forumu-2017” keçirilir

Rumıniya şirkətlərinə Azərbacanın biznes mühiti barədə məlumat veriləcək

Bu gün Buxarestdə (Rumıniya) “Enerjidən savayı” mövzusunda “Xəzər-Qara dəniz Forumu-2017” işə başlayb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir Rumıniyanın Sənaye və Ticarət Palatasının, eləcə də bu ölkədə akkreditə olunmuş Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan səfirliklərinin təşkilatçılığı ilə keçirilir.

Forumun məqsədi sözügedən ölkələrin iqtisadiyyatına investisiya qoymaq istəyən Rumıniya şirkətlərinə, yerli iş adamlarına biznes mühiti barədə məlumat verməkdir.

Tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin ölkə iqtisadiyyatı, xarici investorların sərmayə qoya biləcəyi sahələr, biznes imkanları barədə geniş təqdimatı olacaq. Sonda rumın şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.