Gürcüstanın prezidenti və baş naziri İlham Əliyevi təbrik ediblər


Siyasət 22 Noy 2017 12:24:06 227 0

Gürcüstanın prezidenti və baş naziri İlham Əliyevi təbrik ediblər

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz.

Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

İzin verin, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə Gürcüstan hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırım.

Ölkələrimiz arasında qədim tarixi olan mehriban qonşuluğa, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan güclü dostluq əlaqələri mövcuddur. Qeyd etmək çox xoşdur ki, ötən müddət ərzində səmərəli və intensiv ikitərəfli əməkdaşlıq əlaqələrimizin şaxələnməsində mühüm rol oynamışdır.

Regional təhlükəsizlik və inkişaf naminə ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmləndirmək üçün Sizinlə daha fəal əməkdaşlığa hazıram.

Zati-aliləri, bu əlamətdar yubiley münasibətilə ən yüksək ehtiramımı və qardaş Azərbaycan xalqına davamlı sülh və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm".