Gürcüstandan gələn Azərbaycan vətəndaşınının avtomobilində mobil telefonlar aşkar olunub


Sosial 22 Noy 2017 12:13:40 312 0

Gürcüstandan gələn Azərbaycan vətəndaşınının avtomobilində mobil telefonlar aşkar olunub

Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2 ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.