35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir


Digərləri 22 Noy 2017 12:04:14 290 0

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat verilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var: "Onların yalnız 40-ı, başqa sözlə, 30 faizi AMEA-nın tabeliyindədir. Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür".