Venesuelada dolların məzənnəsi 100 000 bolivara yaxınlaşır


İqtisadiyyat 22 Noy 2017 11:58:41 259 0

Venesuelada dolların məzənnəsi 100 000 bolivara yaxınlaşır

Son 1 həftədə bu ölkədə Amerika valyutası 50%-dən çox bahalaşıb

Venesuelada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi ötən gün 88 000 bolivara yüksəlib. 

"Report" xəbər verir ki, son 1 həftədə bu ölkədə Amerika valyutası 51% bahalaşıb. 

İlin əvvəli ilə müqayisədə isə qiymət artımı 28 dəfədir. Buna səbəb ötən ay Venesuelada neft hasilatının həcminin son 28 ilin minimal səviyyəsinə - 1,863. mln barel/günə enməsi göstərilir. 

Qeyd edək ki, Venesuela Mərkəzi Bankında dolların rəsmi məzənnəsi 9,98 bolivar təşkil edir. Yəni, nağd valyuta bazarında məzənnə rəsmi məzənnədən 8 800 dəfə yüksəkdir. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb. Bir müddət əvvəl isə öncə isə Venesuela Rusiyaya olan 3 mlrd. dollar borcunun qarşılıqlı razılaşma əsasında restrukturizasiyasına nail olub.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Venesuelada inflyasiyanın 653%, gələn il isə 2 350% olacağını proqnozlaşdırır.