Bakıda məktəbdə təmir naminə pullu tətil?


Digərləri 22 Noy 2017 11:53:00 232 0

Bakıda məktəbdə təmir naminə pullu tətil?

Sabunçu rayonu, 22 saylı məktəbin direktoru srağagün tapşırıb ki, bəs şagirdlər 2-ci gün yox, 5-ci gün gəlsinlər dərsə (gələndə də 4 manat gətirsinlər). Son.az xəbər verir ki, bunu jurnalist Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, bu "əlavə tətil" məktəbdə bitməmiş təmirlə bağlıdır: "Məlum olduğu kimi, payız tətili bazar ertəsi bitdi və dərslər ikinci gündən başlayıb. Dünən 22 saylı orta məktəbin böyük korpusunda (kiçik korpusunda yalnız ibtidai siniflərə dərs keçirlər) dərs olmayıb. Səbəb təmirdir. Dərs vaxtı nə təmir?! Burada nəsə fırıldaq var. Əlbət, təmir üçün ayrılan pulu yeyiblər, indi düşünüblər ki, ilin sonu yoxlanış gəlsə, işin üstü açılar və payız tətilində təmirə başlayıblar. Fəqət, çatdıra bilməyiblər və əlavə 3 gün qanunsuz "tətil" verilib uşaqlara". Jurnalist qeyd edib ki, artıq məsələdən həm Təhsil Nazirliyi, həm də Başkı Şəhəri üzrə Təhsil İdarəsində də xəbərdardırlar: "Təhsil Nazirliyindən direktora zəng ediblər məsələ ilə bağlı. Direktor təkzib edib, amma "qərar"ını qəfil dəyişib: uşaqlar bu gündən dərsə gəlsinlər. Bu gün getdim, səhər 9-a işləmişdi, amma dərs başlamamışdı. Qızları idman zalına salmışdılar. Girdim içəri, direktorun müavini mane olmaq istədi. Səsimi atdım başıma, dava, mərəkə. "Sizin nə ixtiyarınız var ki, tədris prosesini pozursunuz?" Məktəb elə gündədir ki, dərs keçmək mümkün deyil: partalar dəhlizlərdə, boya iyi, toz-torpaq. Digər direktor müavini dedi ki, saat 10-da dərs başlayacaq. Niyə 10-da??? Oğlanlara partaları daşıtdırıb, qızlara yerləri sildirmək istəyirlər. Direktor müavini ilə söhbətimin səsyazısı da var".