Azərbaycan pakistanlı sahibkarları azad iqtisadi zonada investisiya qoymağa çağırıb


Digərləri 22 Noy 2017 11:53:00 219 0

Azərbaycan pakistanlı sahibkarları azad iqtisadi zonada investisiya qoymağa çağırıb

Azərbaycan pakistanlı sahibkarları Ələt qəsəbəsindəki azad iqtisadi zonaya investisiya qoymağa dəvət edib.

Bakı. Azad Həsənli - Azərbaycan pakistanlı sahibkarları Ələt qəsəbəsindəki Azad İqtisadi Zonaya investisiya qoymağa dəvət edib. Trend-in bu barədə Kəraçi şəhərinin Ticarət-Sənaye Palatasına (TSP) istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, bu məsələ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və Kəraçi TSP-nin rəhbərliyi arasında müzakirə olunub. Ə.Əlizadənin sözlərinə görə, pakistanlı iş adamları Azad İqtisadi Zona ərazisində müxtəlif müəssisələr, xüsusilə də əczaçılıq sahəsində müəssisələr aça bilərlər. Səfir onu da qeyd edib ki, əczaçılıq məhsulları təkcə Azərbaycan bazarında yox, həm də ölkədən kənarda da satıla bilər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin