Tbilisidə antiterror əməliyyatı zamanı bir xüsusi təyinatlı yaralanıb, əraziyə zirehli texnika gətirilir
Dünya 22 Noy 2017 11:20:29 289 0
Xüsusi təyinatlılar terroçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir
"Report"un Gürcüstan burosu xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub.
Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerinə zirehli texnika gətirilir.
Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terroçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər.
Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terroçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.