Nigar: "Plastik əməliyyat insanı transseksuallara oxşadır"


Şou-biznes 22 Noy 2017 11:25:00 317 0

Nigar: "Plastik əməliyyat insanı transseksuallara oxşadır"

Bir çoxları yaşımı müzakirə edib, üzümdə qırışlar axtarmağa o qədər həvəslidirlər ki... Onlar özlərindəki yox, məndəki çirkinlikləri göstərmək istəyirlər.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision 2011" qalibi Nigar Camal sosial şəbəkədə yazıb.

Müğənni onu tənqid edənlərə cavab verib. Nigar bildirib ki, heç bir plastik əməliyyat keçirməyib:

"Cennifer Lopesə bənzəmək üçün heç bir plastik əməliyyat etdirməmişəm. Bu cür plastik əməliyyatlar insanı transseksuallara bənzəməyə gətirib çıxarır. Bəzən Amerika filmlərində elə dəyişiklik edirlər ki, övlad ancaq qoxudan anası olduğunu bilir. Əzizlərim, sadəcə, özünüzə qulluq edin. Yaşlı qadın yoxdur, baxımsız qadın var. Siqaretdən və spirtli içkidən uzaq olun.