Ağdaşda avtomobil aşıb, iki nəfər xəsarət alıb


Sosial 22 Noy 2017 10:32:36 256 0

Ağdaşda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Yaralıların xəstəxanaya çatdırılıb

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotavan kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Kotavan kəndi isiqamətinə hərəkət edən “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə iki nəfər - Zərdab rayon sakini, 1991-ci il təvəllüdlü Elçin Bəxtiyar oğlu Səfərli və Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Fərid Niyazi oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.