Yevlaxda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub - YENİLƏNİB


Sosial 22 Noy 2017 10:12:00 293 0

Yevlaxda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub - YENİLƏNİB

Onlar Bakıdan Ağdama toy mərasiminə gedirmişlər

Yevlax rayonunda avtomobilin kanala düşməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, “Hyundai” markalı avtomobilin sürücüsü rayon ərazisində idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq kanala aşıb.

Qəza zamanı Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Mirzəyeva Elyana Aslan qızı, 1967-ci il təvəllüdlü Qurbanova Göyçək Bayram qızı və 1965-ci il təvəllüdlü Əsədov Aslan Bəhlul oğlu müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Onlar Bakıdan Ağdama toy mərasiminə gedirmişlər. Hadisə zamanı rayon ərazisində güclü külək əsdiyindən ilkin ehtimalara görə qəzaya küləkli hava şaraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

*** 08:47

Yevlax rayonunda “Hyundai” markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

“Report” xəbər verir ki, bu barədə məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Qarabağ Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil verib.