Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib


Dünya 22 Noy 2017 09:54:52 216 0

Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib

Təlimlərə 500-dən çox hərbçi, 20-yə yaxın gəmi, 20-dən çox hərbi texnika cəlb edilib

Rusiyanın Xəzər Dəniz Donanmasının hərbi hissələri və gəmiləri Həştərxan, Mahaçqala və Kaspiy şəhərlərində anitterror təlimləri keçirib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Dvadim Astafyev bildirib.

Təlimlərə Xəzər donanmasının 500-dən çox hərbçisi, 20-yə yaxın gəmi, 20-dən çox hərbi texnika cəlb edilib.