Rəsulzadənin xanımının məzarı tapıldı FOTO


Digərləri 22 Noy 2017 09:47:00 260 0

Rəsulzadənin xanımının məzarı tapıldı  FOTO

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb.

O qeyd edib ki,  ADR-in banisinin xanımının məzarı "Əsri" qəbiristanlığındadır: 

"Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın "Əsri" məzarlığının xristian bölməsində olduğunu, zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı.


Xəbərə aid fotolar