Neftin qiyməti 63 dolları keçdi


Dünya 22 Noy 2017 09:23:00 229 0

Neftin qiyməti 63 dolları keçdi

Dünya birjalarında neft bahalaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,87 dollar və ya 1,53% artaraq 57,70 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar və ya 0,70% artaraq 63,01 dollar olub.