Somalidə 100-dən çox terrorçu məhv edilib


Dünya 22 Noy 2017 08:32:51 193 0

Somalidə 100-dən çox terrorçu məhv edilib

ABŞ ekstremistlərin düşərgəsinə hava zərbələri endirib

ABŞ-ın döyüş təyyarələri çərşənbə axşamı Somali ərazisində fəaliyyət göstərən "Əş-Şabab" terror qruplaşmasının təlim düşərgəsinə hava zərbələri endirib. Nəticədə 100-dən çox silahlı məhv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Afrika Komandanlığı məlumat yayıb.

"Əməliyyat Somali hökuməti ilə əlaqəli şəkildə aparılıb. Zərbə paytaxt Moqadişodan təqribən 201 km. məsafədə yerləşən düşərgəyə endirilib", - deyə məlumatda qeyd olunur.