Azərbaycanda ictimai işlər cəzasını çəkən şəxslərə nəzarət gücləndirilib


Sosial 22 Noy 2017 07:49:37 281 0

Azərbaycanda ictimai işlər cəzasını çəkən şəxslərə nəzarət gücləndirilib

Bu məqsədlə qanunvericiliyə dəyişikliklər olunub

"Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan, o cümlədən ictimai işlər cəzasının effektiv icrası üzrə tədbirlər görülüb, “elektron icra” sistemi vasitəsilə ictimai işlər cəzasını çəkən şəxslərə və icra prosesinə nəzarət gücləndirilib".

“Report” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, bu cəzanın səmərəli tətbiqi məqsədilə qanunvericilik təkmilləşdirilərək Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib, 2017-ci il 20 oktyabr tarixli qanunla İnzibati Xətalar Məcəlləsinə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı dəyişikliklər olunub.

"Sərəncamda verilmiş tapşırıqların icrası çərçivəsində, həmçinin məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunvericiliyin tələblərinə uyğun çəkilməsi, rejim qaydalarına ciddi riayət olunması ilə bağlı tədbirlər müəyyən olunub, habelə mövcud istehsal sahələrinin bərpası və yenilərinin yaradılması, bu fəaliyyətə sahibkarların, iş adamlarının daha geniş cəlb olunması ilə bağlı mühüm addımlar atılıb, məhkumların istehsal etdikləri məhsulların satış dairəsini genişləndirmək məqsədi ilə müasir informasiya texnologiyaları tətbiq olunmaqla “Həbsxana incəsənəti” adlı onlayn market yaradılıb", - deyə o F.Məmmədov bildirib.