Xurma sirkəsi necə hazırlanır?


Digərləri 22 Noy 2017 07:00:00 350 0

Xurma sirkəsi necə hazırlanır?

Orta Asiya ölkələrində olduqca məşhur olan xurma sirkəsi Azərbaycanda da tanınmağa başlayıb. Bəs xurma sirkəsinin faydaları hansılardır, necə hazırlanır?

Son.az ailem.az-a istinadən bildirir ki, min illərdir yetişdiyi torpaqlarda hər şəkildə dəyərləndirilən xurma sirkə halında da çox faydalıdır. Xoş qoxulu bu sirkə salatlarda geniş şəkildə istifadə edilir, yeməklərə də vurulur.

Xurma sirkəsi pomidor turşuları kimi qarışıq turşularda da istifadə edilir. İlıq su ilə qarışdırılan xurma sirkəsi ilə içki də hazırlaya bilərsiniz.   Dərini gözəlləşdirib qidalandıran xurma sirkəsi ona parlaqlıq verir. İmmunitet sistemini də gücləndirir, zehni yorğunluğa kömək edir. Ağız içində çıxan müxtəlif yaraları da sağaldır. Bədənimizdə yaranan açıq yaraların üzərinə sürtüldüyündə sağaldıcı təsirə sahibdir.